Müttəfiqlik bəyənnaməsi Azərbaycan üçün xüsusi olaraq əhəmiyyətlidir
23 Fevral 2022 10:20 Siyasət"Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar". "Olaylar" xəbər verir ki, bunu deyən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, bəyannamənin bu bəndi bizim üçün xüsusi olaraq əhəmiyyətlidir: "Azərbaycan onsuz da öz əraizlərindən başqa dövlətlərə qarşı nə hərbi, nə siyasi, nə iqtisadi nə də idoloji məqsədlər üçün istifadəyə imkan vermir. Amma Rusiyada Azərbaycana qarşı işləyən qurumlar, erməni lobbisi və s. var. Bu baxımdan bu bənd şəksiz bizim xeyrimizədir.Təssüf ki, bizim qonşular öz ərazilərindən Azərbaycana qarşı məkrli planların həyata keçirlməsi üçün bəzi dairələrə imkan verir. Azərbaycana yönələn çirkli donor pullarının əhəmiyyətli hissəsi Gürcüstan bankları vasitəsi ilə nağdlaşdırılır. Belə misallar çoxdur".