Milli Vəhdət Partiyasının (MVP) Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı  BƏYANATI

XX əsrin 90-cı illərində erməni separatçıları və terrorçularının Xocalıda Azərbaycan xalqına qarşı törətdikləri soyqırımdan 30 il keçir. Bəşəriyyət və insanlıq əleyhinə törədilmiş bu cinayətin miqyasına və qəddarlığına görə ən qanlı soyqırımlardan biri olduğu erməni yazarların etiraflarından da təsdiqini tapır.

Rəsmi rəqəmlərdə ermənilər tərəfindən Xocalıda qətlə yetirilən azərbaycanlıların sayının 613 nəfər olduğu bildirilsə də, Livanda məskunlaşmış erməni yazıçı-jurnalist David Xerdiyanın "Xaç uğrunda" kitabında Xocalıda qətlə yetirilən azərbaycanlıların 613 nəfər deyil, 2613 olduğu bildirilir:

Xocalıda törədilən qətliamın, insanlıq əleyhinə cinayətin beynəlxalq hüquq müstəvisinə, Avropa İnsan Hüquqları Məhkəməsinə çıxarılması, bu soyqırımı həyata keçirilən beynəlxalq tribunala cəlb edilməsi məqsədilə erməni yazarların Xocalıda 613 deyil, 2613 nəfərin qətlə yetirilməsi barədə səsləndirdikləri rəqəmlər də Azərbaycan dövlətinin əlində əlavə sübut olaraq beynəlxalq məhkəmələrə təqdim edilə bilər.

Xocalıda qətliamı həyata keçirən ermənilər  qətlə yetirdikləri azərbaycanlıların sayını 2613 nəfər göstərdiyi halda, hələ də rəsmi rəqəmlərdə Xocalı soyqırımında 613 nəfərin həlak olması barədə məlumatların əksini tapması ziddiyyətlidir. Müvafiq qurumlar, hüquq-mühafizə orqanları bu faktlara diqqət çəkməli, Xocalıda qətlə yetirilən azərbaycanlıların sayını yenidən dəqiqləşdirərək beynəlxalq məhkəmələrə müraciət etməlidirlər.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda və beynəlxalq aləmdə nüfuzu və çəkisinin daha da artması, dünya dövlətlərinin bir çox məsələlərdə Azərbaycanla hesablaşması dövlətimizə imkan yaradır ki, Xocalı soyqırımı cinayətkarlarını beynəlxalq hüquq çərçivəsində cəzalandırılması üçün daha kəsərli addımlar atsın.

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bütün Azərbaycan xalqına, o cümlədən Xocalıda yaxınlarını itirən həmvətənlərimizə dərin hüznlə başsağlığı verir, hadisə zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik.

Milli Vəhdət Partiyası (MVP)

22.02.2022.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31