Kremldən SON DƏQİQƏ açıqlaması: "Sabah Azərbaycanla Rusiya arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq"
21 Fevral 2022 18:50 SiyasətFevralın 22-də Rusiya prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannamə imzalanacaq", - məlumatda deyilir.
Kremlin məlumatına görə, tərəflər siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrini müzakirə etməyi planlaşdırırlar.
"Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərə baxılması nəzərdə tutulur", - deyə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.