Gənc nəslin təhsili və sağlam formalaşmasında Mehriban xanım Əliyevanın fəaliyyətinin xüsüsi önəmi vardır
21 Fevral 2022 16:30 Siyasət"Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli layihələrin keçirilməsini əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Məhz bu istiqamətlərin müəyyənləşməsində və həyata keçirilməsində, Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasınada birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolu danılmazdır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Şahin Seyidzadə bildirib ki, ümumilikdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüs və layihələrin arasında sosialyönümlü istiqamətlərin və prioritetlərin üstünlük təşkil etməsi Mehriban xanım Əliyevanın Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin yetişdirilməsi istiqamətində gördüyü işlərin göstəricisi sayıla bilər: "Bu gün biz əminliklə söyləyə bilərik ki, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır."Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı, "Təhsilə dəstək" və s kimi layihələr Azərbaycanda təhsilə və gənclərə verilən önəmi göstərir. Qeyd olunan və eyni zamanda adını çəkmədiyimiz onlarla proqramların icrası nəticəsində ölkəmizdə yeni savadlı və vətənpərvər nəslin formalaşdırılması prosesində əsaslı nailiyyətlər əldə olunmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkədə 3000-dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilməsi, eləcə də ölkəmizdən kənarda Rusiya, Pakistan, Gürcüstan və kimi ölkələrdə məktəb tikintisinin həyata keçirilməsi, Fondun fəaliyyətinin qlobal prinsiplər əsasında qurulduğunu sübut edir. Bu dövr ərzində müasir tipli məktəblərin inşası, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə uyğunlaşdırılması, son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını sürətləndirmiş və beynəlxalq olimpiadalarında Azərbaycan gənclərinin uğurlarının əsas təminatçısı olmuşdur. Bu gün valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, onların hüquqlarının daima qorunması, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi Mehriban Əliyevanın əsas diqqət mərkəzində duran məsələlərdəndir. Onun rəhbərliyi ilə Heydər Əliyev Fodunun həyata keçirdiyi və prioritet istiqamələrdən biri kimi müəyyənşədirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları internat məktəbləri və uşaq evləri əsaslı təmir edilmiş, ən müasir avadanlıqlarla təchiz olunmuş, məzunların təhsillərini başa vurduqdan sonra evlə təmin edilmələri istiqamərində əsaslı işlər görülmüşdür".
Millət vəkili qeyd edib ki, gənc nəslin sağlamlığının qorunması birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğundan Heydər Əliyev Fondunun hər zaman ölkədə həyata keçirilən səhiyyə islahatlarında xüsusi fəallıq nümayiş etdirir: "Bu istiqamətdə görülən işlərin miqyasına, yaradılmış yeni sağlamlıq müəssisələrinin sayına, Fondun təşkilatçılığı ilə həyata keçirilmiş yerli və beynəlxaq layihə və konfransların əhatə dairəsinə nəzər yetirsək Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı həllinə yönəldiyinin şahidi ola bilərik. Qeyd olunanlara nəzər yetirsək bu gün biz birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan gəncliyinin qayğı ilə əhatələndiyinin, Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən dövlət siyasətinin keçirildiyinin şahidi ola bilərik".