“Rusiya ilə ciddi danışılmasa Kreml Qarabağda Azərbaycana problemlər yaradacaq”
21 Fevral 2022 14:06 Siyasət"Prezident İlham Əliyevin Ruiyaya gözlənilən səfərində V. Putinlə görüşdə Qarabağda sülhməramlıların fəaliyyəti və silahlı erməni birləşmələrinin çıxarılması müzakirə predmeti olmasını istisna edilmir. Çünki etnik ermənilərin separatçı fəaliyyəti aciq müstəviyə keçib, Azərbaycanın hərbi mövqeləri atəşə tutulur və separatçılar Azərbaycan əleyhinə açılmalar verir. Buna da Rusiya tərəfi şərait yaradır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, yeni Laçın dəhlizinin yolu çəkilməsi və Azərbaycan postunun da bu yolda olması gündəliyə çıxarılmalı, Moskvanın hansı mövqeyindən asılı olmayaraq buna gedilməlidir: "Rusiya ilə ciddi danışılmasa Kreml Qarabağda Azərbaycana problemlər yaradacaq. Artıq bu problemlər ortaya çıxır. Ona görə də prezident İlham Əliyev V. Putinlə bu məsələləri müzakirə edəcək. Azərbaycanın qələbəsinə kölgə salmağa Rusiyanın ixtiyarı yoxdur".