Rəsmi Bakı Fransanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədər Fransanı təbrik edib."Olaylar" xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterində paylaşım edilib. "Bu gün Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Fransa Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Fransa əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik", - tvitdə qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31