Ordumuz Taqaverddə ermənilərə atəş açmayıb - MN
19 Fevral 2022 10:07 SiyasətMüdafiə Nazirliyi (MN) Azərbaycan hərbi qulluqçularının erməniləri guya atəşə tutması barədə yaydığı məlumatı təkzib edib.
Nazirlikdən verilən məlumatda bildirilir ki, erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31