Hikmət Hacıyev azad edilən ərazilərə səfər etmiş xarici səyyahlarla görüşüb (FOTO)
18 Fevral 2022 19:22 SiyasətAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloggerlər və səyyahlarla görüşüb.
Olaylar.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.
"Üçgünlük intensiv cədvəl çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfər edən Nomadmania səyyahları və bloggerlərlə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf, Azərbaycanın sülh gündəliyi və Ermənistanla normallaşma perspektivləri barəsində danışdıq", - H.Hacıyev qeyd edib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31