Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırıldı
18 Fevral 2022 16:07 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Olaylar.az xəbər verir ki, sənədə əsasən, "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31