Vilayət Eyvazovdan Mirqafarov Seyidovun yerinə təyinat

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov təqaüdə göndərilən general Mirqafar Seyidovun yerinə təyinat həyata keçirib. "Olaylar"ın məlumatına görə, DİN-in mətbuat xidmətindən bildirilib ki, nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Zaur Abdullayev vəzifəsindən azad edilərək Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Onun yerinə isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib. Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi general-mayor Mirqafar Seyidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31