Hicran Hüseynova Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri ilə görüşüb

Millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin  sədri Hicran Hüseynova Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa xanım  Reyxrudellə görüşüb. "Olaylar" xəbər verir ki,  görüşdə qadınların cəmiyyətin inkişafında rolundan, bu isatiqamətdə qadın qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bəhs edilmişdir. H. Hüseynova  Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının həyat keçirdiyi 20-dən çox sosial layihənin, o cümlədən xeyriyyə tədbirlərinin xüsusi maraqla qarşılandığını bildirib. Uzun illər insanları sosial və hüquqi yardım xidməti ilə təmin  Assosiasiya COVİD-19 pandemiyası və Vətən müharibəsi zamanı da fəallıq göstərmişdir. Görüş zaman millət vəkili  qeyd etmişdir ki, L. Reyxudelin  Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etməsi, qadınların ictimai və siyasi həyatda iştirakının artırılması sahəsində də özünəməxsus rolu və xidmətləri həm dövlətimiz, bəm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, İctimai həyatda göstərdiyi fəallıq,  səmərəli fəaliyyət və xeyriyyəçilik əməllərinə  görə BMT-nin sülh səfiri,  Fransanın Fəxri Legion ordeni, "Tərəqqi" medalı, "Şöhrət" ordeninə layiq görülmüşdür.

Azərbaycan Yəhudi Qadınları Humanitar Assosiasiyasının sədri Larisa Reyxrudel öz növbəsində  Milli Məclisin Komitə sədrinə onun ünvanına dediyi xoş sözlərə görə təşəkkür etdi. Bundan sonra da Azərbaycanın inkişafına layiqli töhfələr vermək üçün çalışacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31