Ombudsmanın nümayəndəsi həssas sosial qrupların hüquqlarına həsr olunmuş tədbirdə çıxış edib

"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı yeni layihəsinin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə dövlət qurumları və qeyri hökumət təşkilatları, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Olaylar.az bildirir ki, Ombudsman Aparatından verilən məlumata görə, tədbirdə Ombudsman Aparatını Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva təmsil edib. O, çıxış edərək, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Ombudsman həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Ombudsman tərəfindən əlilliyi olan şəxslərin müraciətləri üzrə araşdırmalar aparılır, pozulmuş hüquqlarının bərpası məqsədilə aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq qurumlarla əməkdaşlıqda tədbirlər həyata keçirilir. Həmçinin diqqətə çatdırılıb ki, Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən təhsil, səhiyyə və sosial xidmət müəssisələrində monitorinqlər zamanı əlilliyi olan şəxslərin vəziyyəti və ehtiyacları araşdırılır, sağlamlıq və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə zəruri tövsiyələr verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31