Nazirlik dövlət istiqrazlarını yerləşdirdi
16 Fevral 2022 14:42 Siyasət15 fevral 2022-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0108006948 ISIN kodlu, tədavül müddəti 1820 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Maliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, AZ0108006948 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 103,4 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 37,5 mln manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 97,9426 (gəlirlilik 5,4759%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 09 fevral 2027-ci ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31