Deputat Ramin Məmmədov Koreya səfiri ilə görüşüb

Milli Məclisin deputatı Ramin Məmmədov Koreya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Lee Eun Yongchr("39")la görüşüb.

"OLAYLAR" xəbər verir ki, bu barədə özünün facebook səhifəsində məlumat verən millət vəkili qeyd edib ki, Koreya və Azərbaycan arasında münasibətlər, parlamentlərarası əlaqələr və Sabirabad rayonunda gələcəkdə həyata keçiriləcək layihələr müzakirələrin əsas mövzusu idi:

"Cənab Səfiri Sabirabada dəvət edərək Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) xətti ilə Sabirabadda rəqəmsal bərabərsizliyin aradan qaldırılması və informasiya texnologiyaların tətbiqi vasitəsilə təhsildə inkişafa nail olmaq istiqamətlərində birgə layihələrin həyata keçirilməsinə dair ilkin nəticələr əldə olundu. Bir daha cənab Lee Eun Yonga qonaqpərvərlik və maraqlı müzakirələrə görə dərin təşəkkürümü ifadə edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31