“İlham Əliyev Rusiya-Ukrayna münaqişəsinin həll olunmasına öz tohfəsini verir”-Politoloq

"Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Azərbaycan tərəfindən verilən rəsmi məlumata görə, söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Eyni zamanda Azərbaycan-NATO münasibətlərinin bu günkü inkişaf tempi müzakirə olunaraq razılıq ifadə olunub". Bunu "Olaylar"a deyən poltoloq Əlimusa İbrahimovun sözlərinə görə, NATO-nun Baş Katibi öz tvitter hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbəti haqqında bu sözləri qeyd edib: " Azərbaycan respublikasının Prezidenti İlham Əliyevlə ətraflı telefon söhbəti apardıq. Regional təhlükəsizlik və Rusiya qoşunlarının Ukrayna sərhədində və ərazisində  cəmləşməsini , bunun nəticəsində enerji bazarlarında yaranan vəziyyəti müzakirə etdik. Mən Avropaya qaz ixracını artırdığına və etibarlı qaz təchizatçısı olduğuna görə  Azərbaycana təşəkkür etdim."

"Hər iki tərəfdən verilən rəsmi məlumatlarda Yens Stoltenberqin İlham Əliyevə Avropa qaz bazarında yaranan problemlərlə bağlı zəng etdiyi qabardılır. Amma nəzərə alsaq ki, Avropanın enerji təhlükəsizliyi NATO Baş Katibinin birbaşa səlahiyyətlərinə daxil deyil, onda söhbət zamanı müzakirə edilən əsas məsələnin heç də Avropanın  enerji təhlükəsizliyi deyil, Rusiya ilə Ukrayna arasında  müharibə təhlükəsi olduğu qənaətinə gəlmək olar. Deməli, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya - Ukrayna münaqişəsi  barədə ətraflı informasiyaya malik  olmaqla yanaşı, həm də münaqişənin həll olması istiqamində Moskva və Kiyevdə davamlı görüşlər keçirən dövlət başçıları arasında ən geniş potensiala malik olan və münaqişənin aradan qaldırılması yollarını göstərə biləcək dövlət xadimidir. Heç şübhəsiz, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun Putini yumşaltmaq istiqamətində atdığı addımlar nəticə vermədikdən sonra regionu daha dərindən bilən və eyni zamnda dünya siyasətçiləri arasındsa yetərincə nüfuza malik dövlət xadiminin vasitəçilik missiyası və məsləhətinə ehtiyac yaranıb. NATO Baş Katibinin İlham Əliyevlə telefon söhbətini məhz bu prizmadan qiymətləndirmək lazımdır. İlham Əliyev Rusiya - Ukrayna böhranının aradan qaldırılmasına  öz töhfəsini verir. Düşünürəm ki, yaxın günlərdə Vladimir Putin və Volodimir Zelenski ilə Azərbaycan Respublikası Prezidentinin telefon danışıqları haqqında məlumatları eşidəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31