Bakıdan İrəvana səfər olacaq?

Ermənistanın "Joqovurd" qəzeti Azərbaycan nümayəndə heyətinin İrəvana mümkün səfərindən yazıb.

Olaylar.az  xəbər verir ki, rəsmi Bakının fevralın 21-22-də Ermənistanın paytaxtında keçiriləcək Avronest toplantısında iştirak edəcəyi güman edilir.

"Biz Avronest-in Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyandan Azərbaycan nümayəndə heyətinin İrəvana gəlib-gəlməyəcəyini öyrənməyə çalışdıq. O qeyd edib ki, hazırda onların gəlib-gəlməməsi bəlli deyil, lakin onların gəlişi ehtimalı yüksəkdir", - deyə qəzet yazıb.

Öz növbəmizdə qeyd edək ki, Ermənistan mətbuatına inanmaq şübhəli məsələdir və bu, dezinformasiya da ola bilər. 

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31