Gəncə ilə bağlı dəyişiklik I oxunuşdan keçdi
15 Fevral 2022 14:22 SiyasətGəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi qəbul olunub. "Olaylar"xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirə edilib. Dəyişikliyə əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif olunub. Adı çəkilən rayonların inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.Qanuna dəyişiklik səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31