Vitse-spikerlə deputat arasında mübahisə düşdü

Milli Məclisin bu gün keçirilən iclasında vitse-spikerlə deputat arasında mübahisə yaranıb."Olaylar" xəbər verir ki, "Dini etiqad haqqında" qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə düşüb. Məclislərdə iştirak edən qadın mollaların cahilliyindən şikayətlənən Məlahət İbrahimqızına komitə sədrinin cavabı belə olub: "Həmin mollaları məclislərə çağırmasınlar. Onlar mollanı dəvət edirlər, sonra cahilliyindən şikayətlənirlər".

Ardınca Məlahət İbrahimqızı vitse-spikerə "Siz bununla iddia edirsiniz ki, o mollaları məclisə çağıran şəxslər özləri də cahildir. Bunu iddia etmək sizə yaraşmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31