Deputatın ordu ilə bağlı çıxışına reaksiya verildi

"Əgər ordunun təminatı ilə baglı problemlər varsa, mənə yaxınlaşardınız, ikilikdə müzakirə edərdik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputat Razi Nurullayevin çıxışında cavab olaraq deyib: "Azərbaycan əsgərinin ərzaq problemi yoxdur. Ordumuzun təminatı yüksək səviyyədədir və birbaşa Prezidentin nəzarətindədir. Belə hal varsa, müvafiq strukturlara çatdıra bilərik. Mən xahiş edirəm, Ordumuz haqqında fikirlər səsləndirərkən nəzərə alın ki, bunu düşmən də izləyir".

Milli Məclis sədri Sahibə Qafarova da komitə sədrinin fikirlərini təsdiqləyib: "Mən bir neçə dəfə demişəm ki, kimsə nəsə deyirsə, ümumiləşdirib burada səsləndirmək düzgün deyil. Əgər faktınız varsa, aidiyyəti üzrə müraciət edin". Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Ordunun təminatında problemlərin olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31