Spiker Baltikyanı ölkələrə səfərindən danışdı

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında Baltikyanı ölkələrə səfərlə bağlı ətraflı məlumat verib."Olaylar" xəbər verir ki, spiker səfər çərçivəsində Litva, Latviya və Estoniyada rəsmi şəxslərlə müzakirələrdə xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi ilə bağlı çıxış etdiyini vurğulayıb.  Bundan əlavə, Sahibə Qafarova xüsusilə Qarabağ məsələsinə toxunaraq, Ermənistanın işğal dövründə torpaqlarımızı viran qoyduğu barədə rəsmiləri məlumatlandırıb: "Torpaqlarımızı işğaldan azad etdikdən sonra Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı bir neçə dəfə Ermənistana təkliflər verib. Rəsmilərlə görüş zamanı Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı müzakirələr aparıldı. Bildirildi ki, dəhlizin açılması nəinki region, Avropa İttifaqına üzv ölkələr üçün də yeni imkanlar yaradacaq. Ölkəmiz Avropa İttifaqı ilə enerji təhlüəsizliyinə mühüm töhfələr verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31