Prezidentin çağırışı təsadüfi deyildi-Deputat

"Prezident İlham Əliyevin məhz Ağdam Cümə məscidinin qarşısından sahibkarlarımızı işğaldan azad edilən torpaqlarımıza yatırım qoymağa çağırması  məncə, təsadüfi deyildi"."Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bununla diqqətə çatdırılırdı ki, iş adamlarımızın işğaldan azad olunmuş torpaqlardakı quruculuq prosesinə qatılmaları təkcə biznes layihəsi yox, həm də mənəviyyat,  prinsip və qeyrət məsələsidir:  "Ümid edirəm ki, onlar dövlət başçımızın bu çağırışına çox həssas yanaşacaqlar. Və indiyədək dövlətdən güzəştli kreditlər, bizneslərini genişləndirmək üçün maddi və mənəvi dəstək  alanlar deyil, digər ölkələrdəki Azərbaycan əsilli iş adamları da işğaldan azad etdiyimiz  torpaqlarımıza  yatırım qoyacaq, müəssisələr açacaqlar. Biz bu gün Ağdamdakı açılışlardan da görürük ki, həmin müəssisələrin effektli fəaliyyətləri və  yaxşı gəlir gətirmələri üçün çağdaş standartlara cavab verən mükəmməl infrastruktur qurulur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31