Sərhəddə gərginlik: Ukrayna 48 saat ərzində Rusiya ilə görüşmək istəyir

Ukraynanın  xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya qoşunlarının sərhədə  yığılmasını izah etmək üçün rəsmi müraciətlərə məhəl qoymayıb.

Onun sözlərinə görə, "növbəti addım" Rusiyanın planları ilə bağlı "şəffaflıq" üçün növbəti 48 saat ərzində görüş tələb etməkdir.

Rusiya Ukrayna sərhədlərində 100 minə yaxın hərbçinin toplanmasına baxmayaraq, Ukraynanı işğal etmək planlarını təkzib edib.

Lakin bəzi Qərb dövlətləri Rusiyanın hərbi əməliyyatlara hazırlaşdığı barədə xəbərdarlıq edib,  ABŞ isə Moskvanın "istənilən vaxt" hava bombardmanlarına başlaya biləcəyini bildirib.

Ondan çox ölkə öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb və bəziləri səfirlik işçilərini paytaxtdan çıxarıb. CBS News üç mənbəyə istinadən xəbər verir ki, ABŞ yaxın 48 saat ərzində bütün şəxsi heyətini Kiyevdən çıxarmağa hazırlaşır. Kubela ABŞ prezidenti Co Baydenlə təxminən bir saat telefonla danışıb. Ağ Ev bildirib ki, prezident Bayden ABŞ-ın Ukraynaya dəstəyini təkrarlayıb və hər iki lider "diplomatiya və çəkindirməni davam etdirməyin vacibliyi" barədə razılığa gəliblər.

Ukraynanın çağırış bəyanatında deyilir ki, onun prezidenti ABŞ-a "sarsılmaz dəstəyə" görə təşəkkür edib və sonda prezident Zelenski ABŞ liderini Ukraynaya gəlməyə dəvət edib. Ağ Evdən gələn dəvətlə bağlı heç bir şərh verilməyib.

Bir gün əvvəl prezident Bayden və Rusiya lideri Vladimir Putin arasında bir saatlıq danışıq heç bir müsbət nəticə vermədi. Şənbə günü Kiyevin mərkəzində Rusiyanın mümkün hücumuna qarşı minlərlə insan "Birlik yürüşü"ndə mitinq keçirib və şüarlar səsləndirib. Bir neçə həftədir ki, bəzi ukraynalılar  partizan müharibəsi üzrə təlim düşərgələrində iştirak edir və hər ehtimala qarşı bomba sığınacaqlarını hazırlayırlar.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31