Bu gün Ukrayna Azərbaycanlıları Radasının qurultayıdır

Bu gün Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Radasının (UAR) hesabat-seçki qurultayı keçiriləcək. "Olaylar" xəbər verir ki, qurultayda qurumun tərkibində, strukturunda və nizamnaməsində dəyişikliklər edilməsi nəzərdə tutulub. UAR-ın tərkibi yeni üzvlərlə genişləndiriləcək, İdarə Heyətinə yeni üzvlərin qəbulu gözlənilir. Tədbirdə UAR-ın gənclər, ziyalılar və iş adamları şuralarının təsis olunması da planlaşdırılır. Qeyd edək ki, UAR-ın təsis qurultayı 14 aprel 2019-cu ildə Kiyev şəhərində keçirilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31