Elnur Əliyev iqtisadiyyat nazirinin birinci müavini təyin edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev E.A.Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilməsi haqqında Sərəncam verib.

Olaylar.az bildirir ki, Sərəncamla Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Dövlət başçısının digər sərəncamı ilə Elnur Aydın oğlu Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31