Prezident İlham Əliyev daha bir qanunu təsdiqləyib

Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Olaylar.az bildirir ki, qanuna əsasən, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "2022-ci" sözləri "2023-cü" sözləri ilə əvəz edilir.

Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31