Makronun başladığı partiyanı Əliyev uddu, sülh sazişi üzrə danışıqlar başlayır....Aydın Quliyev yazır...
6 Fevral 2022 11:26 SiyasətAzərbaycan Vətən müharibəsindən sonrakı reallıqlara uyğun müzakirə gündəmi əsasında daha bir beynəlxalq videogörüş formatını keçirdi.Fevralın 4- də Prezident İlham Əliyevin, baş nazir Paşinyanın, prezident Makronun və Avroittifaq prezidenti Şarl Mişelin iştirakı ilə videoformat müzakirəsi aparıldı.İlk öncədən məlum idi ki, bu görüş Fransa prezidenti Makronun təşəbbüsü ilə keçirilir.Məhz bu fakt bəzi hallarda narahatlıq yaradırdı ki, müzakirə gündəmi saxta balans bəhanəsi altında Ermənistanın siyasətinin müəyyən nüanslarını özündə əks etdirə bilər.Maraqlıdır ki, müzakirə gündəminin bütün tematikası Vətən müharibəsi nəticəsində Azərbaycanın reallıqlarına uyğun oldu.
Öncədən müzakirə təmayülünün məhz bu formada planlaşdlrılıb planlaşdırılmadığı barədə dəqiq söz demək çətindir.Lakin faktdır ki, Azərbaycan prezidentinin kinfransda geniş çıxışı müzakirələrin əsas məzmun və təmayülünün müəyyənləşdirilməsində həlledici oldu.
Artıq məlumdur ki, ermənilərin ən çox bağlı olduğu status məsələsi, münaqişənin Minsk Qrupu həmsədrləri miqyasında hərtərəfli tənzimlənməsi kimi məsələlər barədə yekun məlumatda heç bir söz deyilmədi.Ümumən , Vətən müharibəsindən sonra tək-tək görüş formatları göstərmək mümkündür ki, orada status söhbətinə toxunulmayıb, hərtərəfli tənzimlənmənin Minsk Qrupu çərçivəsinə qaytarılması məsələsi barədə danışılmayıb.Bu hal sözsüz ki, milli diplomatiyamızın böyük uğuru sayılmaqla bərabər müharibədən sonrakı reallıqların beynəlxalq tanınması yönümündə prosesin fəal aparıldığını da təsdiqləyir.
Prezident İlham Əliyevun konfransda çıxışının təsirli elementlərindən biri kimi, sülh sazişi üzərində müzakirələrə başlamaq barədə hamının eyni nöqtəyə gəldiyini qeyd etmək olar.Məlumdur ki, sülh sazişi məsələsi Ermənistan üçün yeni deyil və ən azı dünya rəyinin manipulyasiyası xatirinə ermənilər az qala hər addımda " biz sülhü hamıdan çox istəyirik" deməyi sevirlər.Ancaq şərt qoymaqdan da çəkinmirlər.Belə ki , ermənilər indiyə qədər hər dəfə sülh sazişindən söhbət gedən yerdə " status, hərbi postların 2021- ci ilin mayına qədərki mövqelərə qayıtması" kimi qeyri- real şərtlərdən danışıblar.Halbuki bu dəfə Əliyevin məruzəsindən sonra heç bir status müzakirəsinin olmadığı görüşdə sülh sazişi üzrə danışıqlara başlamaq barədə razılaşmanın əldə ediıməsi prinsipcə yeni vəziyyətdir və müharibədən sonrakı reallıqların təşviqi istiqsmətində nəzərəçarpan nəticə kimi dəyərləndirilə bilər.
Videoformat müzakirələrinin mühüm ekementlərindən birinin Əliyevin göstərdiyi dəqiq faktlarla bağlılığı şübhəsizdir.Əliyevin birinci Qarabağ müharibəsində itkin düşmüş soydaşlarımızın sayı barədə 3890 rəqəmini göstərməsi erməni cinayətlərinin mühüm sübutlarından biri olmaqla yanaşı həm də bundan sonrakı bütün müzakirələrin " əbədi mövzuları" sırasında öz yerini möhkəm tutdu.
Beynəlxalq çoxtərəfli müzakirə formatlarının gündəm məsələsində təsirli rola malik olmaq istənilən ölkənin diplomatik praktikasında önəmli fakt sayılır.Hansı dövlət bunu bacarırsa, deməli müzakirələrin sonunda özü üçün ən münasib nəticənin xeyli hissəsini artıq təmin etmiş hesab olunur.Bu mənada Azərbaycan prezidentinin müharibədən sonrakı dövrə aid bir neçə uğurlu nümunəsindən danışmaq olar ki, onların ən barizlərindən biri 4 fevral tarixli videokonfrans sayıla bilər.
4 fevral konfransında sülh sazişi ilə bağlı danışıqlara başlamaq razılaşması regionda yeni proseslərin başlanğıcı ola bilər.Ehtimal etmək olar ki, Azərbaycan prezidentinin son həftələrdəki çıxış və müsahibələrində sərt tonla Ermənistana sülh sazişi mesajları verməsi öz rolunu oynayır.Yerli televiziyalara müsahibəsində " Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa biz də onların bütövlüyünü tanımarıq" kimi bəyanatın təsirsiz ötüşdüyünü heç bir halda iddia etmək olmaz.Belə konkret və əsaslı bəyanatlar təsirsiz qalmır.Prezidentin " bizim tarixi əsaslarımız daha çoxdur" fikrini əlavə etməsi onun təsir gücünü daha da artırdı.Bir vaxtlar heç Zəngəzur dəhlizi ifadəsini yaxına qoymayan Ermənistanın sonradan dəyişdiyini bildirən prezident Əliyev saziş məsələsində də Ermənistanın mövqeyinin dəyişəcəyini öncədən demişdi.Makron və Mişelin iştirakı ilə keçirilmiş konfransda sülh sazişi danışıqlarına başlamaq razılaşması Ermənistanın özü üçün də böyük əhəmiyyət kəsb edir.Görsənir ki, bir yandan Əliyevin təzyiq diplomatiyası , o biri yandan Ermənistan hakimiyyətinin istefa vermiş prezident Sarkisyanın şəxsində şovinist- revanşistlərdən təmizlənməsi öz təsirini göstərir.
Sülh sazişi danışıqları həm də delimitasiy və kommunikasiya danışıqlarının sürətləndirilməsi deməkdir...