İllik məlumatının iki ildən bir verilməsi təklif olunur

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatının iki ildən bir məruzə edilməsi təklif olunur.
Olaylar ı n xəbərinə görə, bu təkliflə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"ın müzakirəsində çıxış edib.
Spiker Sahibə Qafarova isə bildirib ki, qanunla hər il məlumat təqdim edilməlidir: "Müddətin dəyişdirilməsi isə sonranın işidir. Sonra buna baxa bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31