Azərbaycan və Aİ arasında ikitərəfli saziş üzrə işlərin gələn il yekunlaşdırılması gözlənilir - Ceyhun Bayramov
27 Dekabr 2021 12:03 SiyasətAzərbaycan və Avropa İttifaqı (Aİ) arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib.
Olaylar.az bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasəti sahəsində ilin yekunlarına dair keçirdiyi mətbuat konfransı zamanı deyib.
Nazir bildirib ki, Aİ-nin həm Azərbaycana, həm də regiona marağının artmasını müşahidə edirik
"Ölkəmizə və bölgəyə çoxsaylı səfərlər, çoxsaylı görüşlər bunu deməyə əsas verir. Azərbaycan və Aİ arasında 2024-cü ilə qədər əməkdaşlıq prioritetləri artıq təsdiqlənib. Aİ və Azərbaycan arasında ikitərəfli saziş üzrə danışıqlar davam edir. Saziş əsasən 4 bölmədən ibarətdir. Bu siyasi təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir. Hesab edirik ki, 2022-ci ildə bu sazişin yekunlaşdırılması mümkün olacaq", - deyə nazir qeyd edib.