Deputatdan nazirliyə çağırış: “Qarabağda işçi çatışmır”
27 Dekabr 2021 11:28 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aqil Abbas gənclərin Qarabağa cəlb edilməsi məsələsindən danışıb. Olaylar xəbər verir ki, deputat Qarabağda böyük işlər görüldüyünü bildirib:
"Bərpa olunmuş işlər göz qabağındadır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır. On minə qədər işçi qüvvəsi az rəqəm deyil. Gənclər və İdman Nazirliyindən xahiş edirəm. Yaya qədər vaxt var. Gəncləri tələbələri Qarabağa cəlb etsinlər. Azərbaycan və Qarabağ üçün işçi lazımdır. İşci çatışmır. 300-400 manat versəz gedib işləyəcəklər. Necə ki ölümə getdilər, eləcə də işləməyə gedəcəklər"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31