Arzu Qazıyeva "Qafqazın bu üzündə"



Dekabrın 25-də telejurnalist Arzu xanım Qazıyevanın ssenari müəllifi olduğu "Qafqazın bu üzündə" filminin təqdimatı keçirildi.

Təqdimat mərasimi "Azərkitab" kitab mərkəzində baş tutan film Güney Qafqazda cərəyan hərbi-siyasi proseslərə həsr olunub.

Arzu xanım Qazıyeva çıxış edırək dəvətini qəbul edib təqdimat mərasimində iştirak edənlərə təşəkkürünü bildirdi.

Sonra filmin nümayişi oldu. Nümayişdən sonra ssenari müəllifi Arzu Qazıyeva, filmin bəstəkarı Lalə xanım Cəfərova, rejissoru Nazim Məmmədov, Bütöv Azərbaycan Ocaqları (BAO) Mərkəzi Şurasının üzvü, yazıçı Mehriban Vəzir, jurnalist Ləman Ələşrəfqızı, yazıçı Məqsəd Nur və b. çıxış edərək film haqqında fikirlərini çatdırdılar.

Arzu Qazıyevanın filminin təqdimatı oldu
Arzu Qazıyevanın filminin təqdimatı oldu
Arzu Qazıyevanın filminin təqdimatı oldu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31