Milli Məclisdə Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Azərbaycan dövlətciliyinin memarı və qurucusu,  ümummilli  lider Heydər Əliyevin Milli Məclisin inzibati binasının foyesində ucaldılmış abidəsi qarşısında anım tədbiri keçirilib. 
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli və sədr müavini  Adil Əliyev Ulu öndərin abidəsi önünə əklil qoyaraq Ümummilli liderə dərin ehtiramlarını ifadə ediblər.
Sonra parlamentin komitə sədrləri, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev , İşlər İdarəsinin müdiri və parlament Aparat rəhbərinin müavini  abidənin qarşısına qızıl güllər düzüb, Ulu öndərin xatirəsini yad edibər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31