Bayragım- Abid Tahirli
9 Noyabr 2021 19:00 SiyasətAbid Tahirli
Qırmızı, yaşılın, göyün əfsanəsi.
Cümhuriyyət əmanəti, nişanəsi!
Sən şəhid arzusu, istiqlal nəgməsi,
Mədəniyyətin özü, azan səsisən!
Sən and yeri, başların qızıl tacısan,
Millətin möhürü, şərəfi, şanısan!
Vətən övladının izzət, namususan,
Səmada bərq vuran sevgi dastanısan!
Sən müqəddəs, pak duyguların aynası,
Dönməz əqidənin, ruhun qidasısan!
Bayragım, yaxşı ki, sən varsan, varımsan,
Arzuların, uğurların mayasısan!
Sən yagı bagrını dələn ox, süngüsən,
Zəfərə səsləyən tükənməz bir gücsən!
Yurdumun çırağı, qəlblərin fatehisən,
Mənim danışan dilim, görən gözümsən!
Dalgalan, hər yerdə, zirvələrdəsən,
Göz dağısan mənfur, vəhşi düşmənə!
Dalgalan, hər yerdə, könüllərdəsən,
Bil, canımızda, iliyimizdəsən!
09.11.2021.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31