Ya Hüseyn, ya Zeynəb gəlin siz deyin...
8 Oktyabr 2021 20:10 SiyasətDeyir Azərbaycan zeynəbçini, möminəni, safı, sadəni, fəqiri, yəni ki, imanlı qadını qorxudur, hədələyir, ədalətsizlik haqsızlıq edir. Hüseynçiləri zindana salır...
Dövləti təhdid edən...
Insanları küçəyə, radikal dini etiraza çağıran...
Kişiləri heysiyyəti ilə sınağa çəkən...deyən ki, qadınları filan yerə çağırırlar qardaşlar, nə oturmusunuz?!.
Dövlət qurumlarına barmaq silkələyən, təhqir edən, zeynəbçi də...
Ermənilər tərəfindən,
qundaqda süngüyə taxılan...
Şaqqalanıb it qabağına atılan..
Kürəyinə samovar bağlanan...
Zorlanan...
Soyundurulub lüt bədənlə şəkilləri çəkilən, dağa-daşa buraxılan...
Diri-diri yandırılan...
Diri-diri məzara gömülən...
Başı kəsilən...
Dərisi soyulan...
Əli, qolu kəsilən...
Orqanı satılan...
Asılan...
Itkin düşən...
Əsir olan...
Onca müsəlman qız cocuğu, qadını, yaşlısı, kişisi, oğul, balası kim idi bəs? Zeynəbçi deyildimi, Zeynəb əsabəsi sayılmırdımı? Möminə, mömin, imanlı deyildimi?
Ya qətl edilən kişilər, oğlan uşağları, qocalar, Hüseyn əsabəsi, Hüseynçi, müsəlman deyildimi?
Hər şey bir yana ərşə qalxan bu qonşu fəryadına necə dözüldü, niyə tək bircə dəfə səs verilmədi, sidq ürəklə can deyilmədi, ciddi bir etiraz olmadı? Bəlkə səsi yaxşı gəlmirdi o taya fəryadların?
Deyə bilmərəm, bir bildiyim o ki, məsələ gerçək iman, gerçək din, gerçək olan heç nəyin məsələsi deyil. Məsələ o ki, Azərbaycan var olmağında, qüdrətli olmağında israrlıdır, vəssalam. Indi gəlin, gəlin, özünüz deyin, ya Hüseyn, ya Zeynəb bu yalançı islam, din iman sevdası nə zaman bitəcək?! Minbərlərdə nə zaman gerçək imanlılar yer alacaq. Əminəm, sizdən mütləq bir işarət olacaq. O günə qədər tanrı Kərbəla müsibətindəki mömin dözümündən əta eləsin AZƏRBAYCANa və onun haqq savaşı aparanlarına. Çünki bütün qaranlıqların sonu mütləq Işıqdır! O işığa doğru MƏMLƏKƏT!
Jalə Mütəllimova