Azərbaycan və İranın xalqı bir-birindən ayrıla bilməzlər, onların yeri bizim qəlbimizdədir – Təbrizin imam-cüməsi
8 Oktyabr 2021 22:50 Siyasət"Müsəlman ölkələri arasında qarşıdurma yalnız dünya hegemonlarının və qəsbkar sionist rejiminin karına gəlir. Ona görə diqqətli olmalıyıq. Məgər ola bilərmi ki, İran və Azərbaycan xalqı biri-birindən ayrılsınlar?! Halbu ki, Azərbaycan xalqının yeri bizim qəlbimizdədir."
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu Ayətullah Xameneinin Təbriz üzrə nümayəndəsi, şəhərin imam-cüməsi Seyid Məhəmməd-Əli Ali-Haşim deyib.
O, bu gün cümə namazı çıxışında iki ölkə əlaqələrində yaranan gərginliyə münasibət bildirib və hamını diqqətli olmağa çağırıb.
Təbrizin imam-cüməsi bildirib ki, müsəlman ölkələrinin qarşıdurması dünya hegemonluğu və İsrailin karına gəlir. O iki ölkə xalqının bir-birindən uzaqlaşmasının qeyri-mümkün olduğunu deyib.
O, həmçinin son günlərdə keçirilən hərbi təlimin dost üçün sülh, düşmən üçün xəbərdarlıq mesajı olduğunu vurğulayıb.
M. Ali-Haşim qonşu dövlətlərlə problemlərin məntiqli yolla həllinin zəruri olduğunu , İran İslam Respublikasının mövqelərinin diplomatik səlahiyyətli qurumlar tərəfindən elan edilməsini istəyib.