Cahit Bağçı: "Türk dövlətləri daha sıx birləşməlidir"
8 Oktyabr 2021 16:01 Siyasət"Hər kəs gələcəyin Asiyada qurulacağına inanır".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Onun sözlərinə görə, hər kəs Asiyada baş verən hadisələrə görə mövqe ortaya qoyur: "Əlbəttə, Asiyadakı geopolitik durum da nəzərə alınmalıdır. Bu mənada türk dövlətləri bir-biriləri ilə daha sıx birləşməlidir. Türk dövlətlərinin kiçik sərhəd problemlərinə görə bir-biriləri ilə düşmən olmamasını arzulayırıq. Min illik tarixə sahib türk dövlətləri bunu bacaracaq gücə malikdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31