Almaniya səfiri Gəncəyə səfər edib

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Gəncə şəhərinə səfər edib. "Olaylar" xəbər verir ki, bu barədə məlumat verən deputat Pərvin Kərimzadənin bildirdiyinə görə, səfər çərçivəsində səfir Nizami Gəncəvi Məqbərə Kompleksində olub: "O, dahi şair və müətəfəkkir Nizami Gəncəvinin məzarını ziyarət edib. Almaniyalı diplomata Nizami Gəncəvi yaradılıcığı və zəngin irsi barədə ətraflı məlumat verilib. Daha sonra Nizami Gəncəvi Muzeyində Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Şərq dünyası ədəbiyyatı" mövzusunda tədbir keçirilib və almaniyalı İslam dini alimi, müəllif və tərcüməçi Ştefan Vaydnerin məruzəsi dinlənilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31