Çin hökuməti Əfqanıstanla bağlı görüşə dəvət olundu

Olaylar.az TASS-a istinadən xəbər verir ki,  Çin hökuməti Əfqanıstanla bağlı Moskva formatlı 20 oktyabr görüşünə dəvət olundu.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian  oktyabrın 8-də  mediaya açıqlamasında bildirib.

"Çin artıq görüşə  dəvət aldı və Rusiya da daxil olmaqla bütün tərəflərlə məsləhətləşmələr aparır" -deyə nazirir söyləyib.

Əlavə olaraq, Çinin Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün bütün formatları və beynəlxalq səyləri dəstəklədiyini  qeyd edib.

Moskva formatı Rusiya, Əfqanıstan, Çin, Pakistan, İran və Hindistan nümayəndələri arasında məsləhətləşmə mexanizminə əsaslanaraq 2017 -ci ildə yaradılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31