Rusiyalı şəqrşünas: “Heç bir etnik təmizləmə aparmadan" Qarabağ tam Azərbaycanın kontroluna keçəcək”
8 Oktyabr 2021 14:08 Siyasət"Regionun gələyəcəyini müəyyən dərəcədə proqnozlaşdırımaq baxımından maraqlı saydığım üç şərh diqqətimi çəkdi. Ermənistandakı Vətən Partiyasının üzvü iranşünas Vardan Voskanyan bizim təyyarələrin Naxçıvana Zəngəzur üzərindən uçmasını Terhrana göndərilmiş "pis bir siqnal" kimi dəyərləndirir. Onun fikrincə, "düşmən təyyarəsinə" hava məkanını açmaqla Ermənistan İrana xəyanət edib". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Qarabağ haylarından özünü "nazir" adlandıran Armen Tovmasyan isə 44 günlük savaşdan sonra Ermənistanın hidroenerji güçünün yarısının itirilməsindən narahatdır. Həm də ondan narahatdır ki, Ermənistandan Qarabağa çəkilən əsas elektrik xətti Kəlbəcərdən keçdiyindən o kəsilib və payızda orada yaşayan haylar böyük enerji qıtlığıyla üzləşəcəklər: "Üçüncü diqqətimi çəkən isə rusiyalı şərqşünas İqor Dimitryevin "Regnum" agentliyinə elə həmən tovmasyanlar haqda dediyi fikirlərdır. Rusiyalı ekspert bildirir ki, ölkəsinin Qarabağdakı hərbi kontingenti 4 ilə oranı tərk edəcək. Və haylar da çıxıb gedəcəklər. "Heç bir etnik təmizləmə aparmadan" Qarabağ tam Azərbaycanın kontroluna keçəcək".