Mövlud Çavuşoğlu: “Ermənistanla Azərbaycan praktik diplomatiya ilə bir araya gələ bilər”
8 Oktyabr 2021 13:22 Siyasət"Ermənistanla Azərbaycan yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında bildirib.
"Sovetlər İttifaqı dağılandan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmaq yenilikçi bir fikirdir. Fərqli problemləri olan Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyəni reaktiv diplomatiya yerinə, yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik", - o deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31