Hava dəhlizindən sonra Ermənistanla Azərbaycan arasında bu quru dəhlizi AÇILIR – Geqamyan AÇIQLADI

"Məlum olub ki, Azərbaycan Ermənistanın hava məkanından istifadə edərək Naxçıvana daxili uçuş həyata keçirib. Bu əslində türk dəhlizinin Azərbaycan-Naxçıvan-Türkiyə arasındakı birinci hava komponentidir. Hansı ki, Ermənistanda kapitulyator hakimiyyətə gəlməsəydi, Azərbaycan heç vaxt belə bir şeyi xəyalına gətirə bilməzdi".

GUNinfo.az  erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri türkoloq Varujan Geqamyan səsləndirib.

Bir daha baş verənlərin əhəmiyyətini izah edəcəm:

Azərbaycan dövlətinin yaranmasının ilk saniyəsindən (hətta Osmanlı siyasətçiləri və ziyalıları arasında Qafqazda bir türk dövləti yaratmaq ideyası yenicə ortaya çıxanda) qarşıya Osmanlı və onun proyekti olan Azərbaycan arasında birbaşa əlaqə yaratmaq vəzifəsi qoyulmuşdu. Bu isə yalnız Naxçıvan, Zəngəzur və "Artsax" ərazilərinin mənimsənilməsi ilə mümkünləşə bilərdi (erməni ekspert digər həmkarları kimi cəfəngiyyat danışıb). 1918-1921-ci illərdə bu plan yalnız qismən həyata keçirildi. Belə ki, Naxçıvan və "Artsax" Azərbaycanın nəzarətinə keçdi. Zəngəzur isə ermənilərdə qaldı. Ermənistan müstəqil olandan sonra isə nəinki Zəngəzuru qoruya bildi, həm də "Artsax"ı geri aldı (əslində isə işğal etdi) və bununla da Ankaranın arzusunu tarixə qovuşdurdu. Lakin indi vəziyyət fərqlidir. Dəhliz açılsa, o zaman Türkiyə Avrasiyada super gücə çevriləcək və Azərbaycan çoxdankı arzusunu yerinə yetirəcək. Yəni Naxçıvanı tam özününküləşdirəcək (Naxçıvan tarixi Azərbaycan torpağıdır və erməni ekspertin fikiri cəfəngiyyatdan başqa bir şey deyil),  Zəngəzur və "Artsax"ı (Qarabağ) isə bütünlüklə fəth edə biləcək", - deyə erməni türkoloq vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31