“Azərbaycana qarşı bütün  haqsız ittihamlara  yox deyirik”- Çingiz Qənizadə

Oktyabrın 4-də Prezident İlham Əliyevin işğaldan azad  olunmuş Cəbrayıla səfəri ilə bağlı açıqlama verən keçmiş millət vəkili  Çingiz Qənizadə bildirib ki, 2020-ci il sentyabrın 20-nə qədər  ermənilər işğal olunmuş ərazilərimizə, əhalinin daha çox məskunlaşdığı Tərtər şəhəri və onun ətrafındakı kəndlərə, həmçinin Ağcabədi  rayonu və onun kəndlərinə, Qarabağın digər bölgələrinə  mərmilər yağdırmağa başlamışdı. Odur ki,  Azərbaycanın  Ali Baş Komandanı orduya əks-hücuma keçmək əmri verdi. Sentyabrın 27-də başlayan Vətən  savaşında  ordumuz bir neçə gün ərzində müəyyən kəndləri işğaldan azad etdi. Oktyabrın 4-də  ordumuz 1 həftə ərzində  ilk dəfə idi ki, Cəbrayılı, rayon mərkəzini və şəhərini tamamilə işğaldan azad etdi. Həmən gün cənab Prezident 9 kəndin və Cəbrayılın işğaldan azad olunduğunu  söylədi. Bütün Azərbaycan xalqı  uğurlu əməliyyatların bu sonluqla başa çatmasını sevinc və göz yaşları içərisində  qarşıladı. 

"Sual yarana bilər ki, Cəbrayıl rayonunun  işğaldan azad olunması bizə hansı üstünlükləri verə bilər? Birincisi,  İranla sərhəd boyu, işğal olunmuş ərazilərimizin artıq Azərbaycan ordusu tərəfindən azad olunması istiqamətində  çox gözəl  perspektivlər yaratdı. Eyni zamanda Hadruta hücum əməliyyatlarının  keçirilməsi üçün  üstünlüklər əldə edildi. Bundan sonraki mərhələdə bizim digər rayon və şəhər, kəndlərimiz işğaldan azad olunmağa başladı. Cənab Prezident oktyabrın 4-də  Cəbrayıla səfəri zamanı bu məsələləri ardıcıllıqla Azərbaycan və dünya ictimaiyyətinə çatdırdı. Cəbrayılda baş tutacaq quruculuq  işləri ilə bağlı müəyyən layihələrin bünövrəsini  qoydu. Prezident bu səfər vasitəsilə   həm Ermənistana, həm də onun havadarı olan İrana açıq mesajla, Azərbaycan xalqının və dövlətinin fikrini və mövqeyini çatdırdı. Xocalı faciəsində birbaşa  əli olan uşaq qatili  Serj Sarkisyanın şəxsiyyəti, kimliyi, onun vəhşiliyi haqqında  öz fikirlərini ifadə etdi. Digər tərəfdən isə  bu gün onlara havadarlıq edən İranın son təxribatçı hərəkətləri ilə bağlı  mesaj göndərdi. İranın niyə bizim qələbəmizi həzm etməməsi, niyə Araz boyu ərazidə hərbi təlimlərə başlamalarını, niyə hələ də Ermənistana müəyyən yardım etmələrini, yanacaq daşımalarını, qanunsuz Azərbaycan ərazilərinə qanunsuz  keçmələrini, ümumilikdə İranın indiki mövqeyini  çatdırmış oldu.  Bir daha xəbərdarlıq edərək bildirdi ki, bizə qarşı olunan əsassız ittihamlar boş və mənasız bir şeydir. Faktları deyin və göstərin. Əks təqdirdə, Azərbaycana bütün  haqsız ittihamlara  yox deyirik. Azərbaycan torpaqlarına qarşı kiminsə buynuz çıxarmasını qəbul etmirik. Buna da gücümüz, qüdrətimiz çatır ki, lazım olan anda ordumuzla onlara cavab verə bilək. Cənab Prezidentin bu səfəri bir tərəfdən quruculuq, abadlıq işlərinin təməlinin qoyulmasının mərhələlərindən biri, digər tərəfdən bir daha Azərbaycan dövlətinin bütün bu məsələləri diqqətdə saxladığını,  ən həssas, və şad günlərdə xalqının  arasında olmasını göstərir. Digər tərəfdən isə yaranmış situasiyada cənab Prezident Ermənistanın həm  indiki, həm də köhnə rəhbərliyinə və  ona havadarlıq edən, islam qardaşlığından danışıb, bizə üz çevirib, erməniyə və erməni faşizminə dəstək verən İrana Azərbaycanın mövqeyini çatdırmış oldu"

Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31