Qarabağa “Böyük Qayıdış” Cəbrayıl rayonundan başlanıb

Ermənistan dövləti üzərində tarixi qələbə işğaldan azad edilmiş  ərazilərimizin tez bir zamanda bərpa edilməsinə stimul verir. Əslində bərpa işlərinə start verilib, artıq bir neçə rayon və şəhərin baş planı ortadadır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın tez bir zamanda, həm də keyfiyyətli şəkildə müasir tipli şəhər və rayonların salınması üçün kifayət qədər imkanları var. İşğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızın potensialı bu imkanları qat-qat artırmış olur. Elə Qarabağ  və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən işlər dediklərimizə əyani sübutdur. Onu da xatırladaq ki, bərpa və yenidənqurma işlərinin təməli azad Cəbrayıl rayonundan başlanılıb. Başqa sözlə, Qarabağa "Böyük Qayıdış" Cəbrayıl rayonundan başlanıb. Hələ 2016-cı ildə  Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdu. Məhz bu baxımdan Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı hesab olunur. Ötən il oktyabrın 4-də isə Cəbrayıl rayonunun düşməın taprağlından azad olunması bu işi daha da sürətlndirmiç oldu. Məsələ orasındadır ki, Cəbrayıl rayonunun yenidən bərpası elə da asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, erməni vandalları bu şəhəri tamamilə yerlə-yeksan ediblər, hərbi məqsədlər üçün çoxsaylı istehkamlar qurublar. Lakin buna baxmayaraq, daşı-daş üstə qalmayan, bütün maddi və mənəvi sərvətləri talan edilən Cəbrayılda ən müasir görkəmdə bərpası istiqamətində işlər aparılır.

Prezident İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşdə şəhərin azad olunması və onun tarixi əhəmiyyətini çatdırıb: "Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü".

Bəli, artıq müharibə tarixə qovuşub, indi şəhər və kəndlərimizin bərpası məsələsi qarşıda dayanır. Məhz bu məqsədlə dövlət başçısı tərəfindən "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması barədə sərəncam imzalanıb. İqtisadi ekspertlər hesab edirlər ki, "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti də ayrılıb, ilkin investorlar da müəyyən olunub. Hətta işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə xarici dövlətlərin də şirkətləri cəlb olunub. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıb. Türkiyə şirkətləri də həmçinin Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlayıblar. İlik növbədə isə bu rayonların kommunukasiya və nəqliyyat sektorunun yaradılması məsələsinə üstünlük verilməsi hədəflənib. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi də bu baxımdan önəmli hadisədir. Dövlət başçısı bəyan edib ki, artıq Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyaları. Cəbrayıl rayonunun elektrik təchizatı artıq var: "Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bu bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər həm də xəstəxana olacaq, məktəb olacaq, iş yerləri olacaq. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi".  Qeyd edək ki,  ötən bir il ərzində işğal edilmiş ərazilərdə görülmüş işlər Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Bu isə ona dəlalət edir ki, yeraltı və yerüstü sərvəti tükənmək bilməyən doğma Azərbaycan nə qədər böyük potensiala malikdir. 30 il əşağal altında olan rayonu bir il ərzində bərpa etmək, üstəlik əhalinin yaşayışı üçün zəruri olan infrastrukturu yaratmaq şebhəsiz ki, böyük potensialdan xəbər verir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31