Soydaşımız Beynəlxalq Türk Akademiyasının
7 Oktyabr 2021 10:33 Siyasət"Beynəlxalq Türk Akademiyasının yaradılması haqqında müqaviləyə əsasən, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil və elm nazirliklərinin təmsil olunduğu BTA Elmi Şurasının yekdil qərarı ilə bundan sonra təşkilatın vitse-prezidenti olaraq fəaliyyətimi davam etdirəcəyəm". "OLAYLAR" xəbər verir ki, bu fikirləri sözügedən posta layiq görülən Füzuli Məcidli səsləndirib: "Bu yüksək etimada layiq görən Azərbaycan dövlətinə, ölkəmizin və təşkilata üzv olan digər ölkələrimizin müvafiq qurumlarına, BTA prezidentinə, dəstək və qayğısını əsirgəməyən insanlara, dostlara dərin minnətdarlığımı bildirirəm".
Füzuli Məcidli qeyd edib ki, 2016-cı ildən çalışdığı bu təşkilatda bundan sonra daha da faydalı olmağa, Türk dövlətlərinin yaxınlaşması, inteqrasiyası və birliyi naminə əlimdən gələni əsirgəməməyə, göstərilən etimadı doğrultmağa çalışacaq.