Putinlə Rəisi görüşəcək
7 Oktyabr 2021 06:05 Siyasət"Çox uzaq olmayan gələcəkdə Prezident İbrahim Rəisi ilə Rusiya dövlət başçısı Vladimir Putin görüşəcək".
"Qafqazinfo" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.
O qeyd edib ki, Rusiyanı strateji tərəfdaş hesab edirlər:
"Rusiyanın 13-cü Tehran hökumətinin balanslaşdırılmış xarici siyasətində prioritet olduğuna inanırıq.
Ümid edirəm, hər sahədə get-gedə dərinləşən ikitərəfli əlaqələr yaxın gələcəkdə ən yaxşı səviyyəyə çatar", - XİN rəhbəri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31