Azərbaycanın Qırğız Respublikasına yeni səfiri təyin edildi
6 Oktyabr 2021 16:37 SiyasətPrezident İlham Əliyev L.S.Qəndilovun Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.
Olaylar.az xəbər verir ki, Sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər Sərəncamına əsasən, Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31