Qonşu Gürcüstana qarşı hay kilsəsinin uydurma iddiaları- QİSMƏT YUNUSOĞLU YAZIR...

 

                                                     Qismət  Yunusoğlu,

                          Bakı Dövlət Universitetinin müəllimi  

Doğma vətəni olmayan, amma dünyaya yayılmış bütün ibtidai insan-hay sürüsünün başını bir yerə yığan  mərkəzi hay kilsəsi ciddi-cəhdlə onlara qonşu olan dövlətlərin ərazilərinə, o cümlədən Gürcüstan Respublikasının cənubundakı Cəvahirli-Məhsəti bölgəsinə qarşı torpaq iddialarını sərgiləməkdədir. Bu dinsiz qurumun təcavüzkar və mürtəce fəaliyyətinə yardımçı olan bir çox hay mənşəlilər (L.Q.Şirinyan, A.M.Miqranyan, E.A.Lalayan, "Mitk" ("Biz") nəzəri təhlil-informasiya mərkəzi, "Vahid Cavaxk" Demokratik Alyansı (rəhbəri V.Çaxalyan), Əhəlcik şəhərində "Gənclik" milli-mədəniyyət ocağı-Q.Minasyanın başçılığı ilə..) isə az deyil, bu istiqamətdə onlar dünyaya küfr yaymaqdan usanmırlar. 

"Ermənistan Respublikası" adlanan işğalçı rejimin (qurumun) və mürtəce hay kilsəsinin hədəfində olan Aran Borçalı, Cəvahirli-Məhsəti tarixi-coğrafi ərazisinə yönəlik iddialar bu sürünün bu il 20 iyun günündə keçirdiyi növbədənkənar parlament seçkilərində də təşviq edilmişdir. Erməni İnqilabi Federativ Daşnakstyun partiyasının təşviqat kompaniyasında qarşıya qoyduğu siyasi-hərbi məqsədlərdən biri də məhz Cəvahirli-Məhsəti torpaqlarının ilhaq edilməsi olmuş, hətta həmin bölgədən olan namizədləri də (Xaçatur Stepanyan, Aykazun Alvrtsyan, David Sarqsyan) öz sıralarına qəbul etmişdir.

Hay sürüsünün başqa bir üzvü, X.Abovyan adına İrəvan Dövlət Pedaqoji Universitetinin "Hüquq tarixi və siyasətşünaslıq" kafedrasının müdiri,  professor Levon Şirinyanın (1951, o, həm də Xristian-Demokrat Partiyasının sədridir) Cəvahirli-Məhsəti iddiası ilə bağlı dövriyyəyə buraxdığı dövri mülahizələr, elmi-nəzəri tələblər aşağıdakı məzmundadır:

-qaldırılan məsələnin həlli üçün bölgədə erməni faktorunu beynəlxalq strateji oyunların timsalında gücləndirmək;

-bölgədə erməni iddialarının həllində beynəlxalq hüquqi tələblərin təminatı məsələsində ABŞ-dakı yəhudi icmasından yararlanmaq;

-"Ermənistan Respublikası"nın sərhədlərinin genişləndirilməsi istiqamətində beynəlxalq güc mərkəzlərləri ilə əlaqə yaradan və mərkəzi Nyu-York şəhərində yerləşən Beynəlxalq Erməni Konqresinin fəaliyyətini artırmaq;

Ermənistan İctimai Birliklərinin sədri S.Artsruni 26 yanvar 2009-cu ildə Gürcüstan Respublikasına qarşı tələb sürmüşdir ki, milli-etnik azlıqların (əslində hay sürüsünün-Q.Y.) hüquqları qorunmalı və tələbləri ödənilməlidir. Onun bu separatçı müraciəti "Mitk" ("Biz") nəzəri təhlil-informasiya mərkəzinin Gürcüstanın İrəvan şəhərindəki səfirliyin binası önündə "Cavaxka azadlıq!", "Cavaxkda təzyiqlərə yox!", "Cavaxk-bizim Vətənimizdir!" şüarlarını çığırmaqla aksiya keçirilməsinə bir işarə olmuşdur.

Yuxarıda adı çəkilən A.Miqranyan (1949, tarix elmləri namizədi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru)16 oktyabr 2006-cı ildə "İzvestiya" qəzetinin müxbirinə verdiyi müsahibədə Gürcüstan Respublikasının rəsmi dairələrinin, gürcü xalqının və ziyalılarının haylar tərəfindən Cəvahirli-Məhsəti, eləcə də digər bölgələrə (Kartli-Kaxetiya, Abxaziya...) qarşı ərazi iddiaları, hüquqlarının genişləndirilməsi ilə bağlı sürülən tələblərə qarşı etirazlarını "insanlığa sığışçmayan mövqe" adlandırmış və hay xislətinə rəğmən aşağıdakı fikrini bildirməkdən utanmamışdır:

-Zaqafqaziyanın tarixi ilə məşğul olan mütəxəssislərə aydındır, bu bir faktdır ki, gürcü xalqı, dövlət kimi Gürcüstan Rusiya imperiyasına daxil olana kimi (Rusiya imperiyası Gürcüstanın şərqini, Kartli-Kaxetiya vilayətini 24 iyul 1783-cü il tarixli Georgiyevcki traktı ilə  işğal etmiş, bu müqavilə 1802-ci ildə qüvvədən düşmüş, imperator I Pavelin (1754-1801)  imzaladığı 30 yanvar 1801-ci il tarixli manifestlə Gürcüstan Rusiya tabeliyinə keçmişdir (1801-1917)-Q.Y.) mövcud olmayıb, hətta Sovet hakimiyyəti illərində də.

Daha sonra bu üzdəniraq hay "gül vurur":

-Xoş məram insanlar və xalqlar arasında az təsadüf edilən münasibətdir (tamamilə hay sürüsünün etnogentik-irsi xislətini təsdiq edən fikir.-Q.Y.).

Haylar bu məzmunda irəli sürdükləri iddialarla bağlı bəzən gürcü mənşəli müəlliflərin yazılarını da kontekstdən çıxararaq təhrif edir və çirkin məqsədləri üçün saxtalaşdırmaqdan çəkinmirlər. Belə ki, XI əsr gürcü səlnaməçisi, yepiskop Leonti Mrovelinin "Kartli çarının həyatı" (Moskva ş.,"Nauka" nəşriyyatı, 1979)   əsərində IV əsr hadisələrinin təsvirində guya çoban və balıçının "erməni dili"ndə danışdığı qeyd edilmişdir, amma əslində həmin əsərdə yazılıb:

-Buntürklər (huntürklər-Q.Y.) qıpçaqlar adlandırdığımız bütpərəst qəbilələridir. Onlar Msxeta (Məhsəti-Q.Y.) ətrafında qədimdən yer seçərək onu tikmiş, güclü istehkama çevirmiş və Sarkine adlandırmışlar.

Bu kimi qeydlərə əsaslanan, əsərin sistemli məzmun təhlilindən kənar ifadələri, təsdiq edilməmiş mülahizələri tarixi-coğrafi və hüquqi əsas kimi öz xeyirlərinə yozan hay kilsəsi təsdiqedici beynəlxalq hüquq mənbələrini nədənsə görmür.

Hay kilsəsinin rəhbərliyi altında işlənilib-hazırlanan, saxta, uydurma elmi-nəzəri əsaslarla "sübuta yetirilən" ərazi iddialarını müdafiə edənlərin sırasında ümumilikdə beynəlxalq əlaqə mərkəzləri və ya bu istiqamətdə çalışan hay toplumu da çıxış edir. Onlardan biri də 2000-2006-cı illərdə Kanadada səlahiyyətli nümayəndə (səfir) olmiş A.A.Papyan (1961) və onun təsisçisi-baş direktoru olduğu "Modus Vivendi" qurumudur.

İxtisasca şərqşünas olan müəllif  bir sıra rəsmi mülahizələrində nəinki Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna, Türkiyə Cumhuriyyətinin Qars, İqdır, Ərzurum vilayətlərinə, Cənubi Azərbaycanın Xoy və Salmas mahallarına qarşı, eləcə də  qonşu-Gürcüstan Respublikasının inzibati-ərazi vahidi olan Cəvahirli-Məshəti bölgəsinə yönəlik həyasız iddialarını geniş şəkildə davam etdirməkdədir. Son nəticədə özünün yaratdığı "Modus Vivendi" mərkəzində "Ayrenatirutyun-vətən hüququ-ermənilərin hüquqi tələbləri və mürəkkəb sualları" (məqalələr toplusu) kitabı halında (2012) bir çox məqalələrini-müsahibələrini çap etdirmişdir.

Ümumilikdə  Gürcüstan Respublikasına qarşı ərazi iddialarını qaldıran hay kilsəsinin bu mirzəsi uydurma mülahizələrini aşağıdakı kimi sistemləşdirib:

-guya "erməni"lərə məxsus tarixi torpaqların gürcülərə verilməsi qanunsuz olaraq Gürcüstan KP MK tərəfindən hüquqi əsası olmayan direktivlər əsasında həyata keçirilib;

-guya insan hüquqları ilə bağlı bir sıra beynəlxalq hüquqi konvensiyalara (o cümlədən "Dil haqqında Xartiya"ya) qoşulsa da Gürcüstan Respublikasının dövlət siyasətində ölkə ərazisindəki milli azlıqlara qarşı diskriminasiya xətti yürüdülür;

-Gürcüstan Respublikası demokratik dövlət kimi Avropa İttifaqına daxil olmaq istəyirsə "erməni"lərin fikir və söz azadlıqlarına, sərbəst iqtisadi-siyasi fəaliyyətinə şərait yaratmalıdır;

A.Papyanın sonuncu tələbinə dair bir açıqlama:

-Cəvahirli-Məhsəti bölgəsində 1981-ci ildə doğulmuş Vaaqn Çaxalyan 2001-ci ildə yaratdığı "Cavaxk gənclərinin idman-mədəniyyət mərkəzi"nin bazasında 2005-ci ildə "Vahid Cavaxk" siyasi təşkilatını ərsəyə gətirmişdir. Bu terrorçu və seperatçı ünsür II Qarabağ müharibəsində beynəlxalq terrorçu dəstələrin tərkibində vuruşmuş və "qardaşlaşan terrorçularla" Gürcüstana qayıtmışdır. Onun 2013-cü ildə "Həbsxana-siyasi qeydləri" kitabı hay dilində nəşr edilmişdir.

Etnoirsi hay xislətinə uyğun olaraq saxta, uydurma, siyasi-hüquqi əsası olmayan mülahizələrlə gündəmi zəbt edən A.Papyan iddialarına beynəlxalq dəstək ümidi ilə ABŞ-ın 28-ci prezidenti, 1919-cu ildə Nobel sülh mükafatı laureatı Tomas Vilson Vudronun (1856-1924) adına sığınmışdır. Guya 28 iyuə n 1919-cu ildə bağlanmış Versal Sülh müqaviləsində və həmin mötəbər beynəlxalq siyasi-hüquqi toplantıda ABŞ prezidentinin xeyir-duası ilə "erməni məsələsi" hayların istəyinə uyğun həll edilmiş, Osmanlı Türkiyəsinin Qars, İqdır, Ərzurum vilayətləri, Qara dəniz sahilindəki Trabzon şəhər bölgəsi (xəyallarındakı "Qərbi Ermənistan"), Gürcüstanın Dağ-Aran Borçalı mahalı (Cəvahirli-Məhsəti bölgəsi)  və Azərbaycan Xalq Cumhuriyyətinin Zəngəzur qəzası haylara verilmişdir, yəni, hayların yuxusundan çıxmayan Sevr müqaviəlsinin (10 avqust 1920-ci il tarixli) şərtləri əsasında.

Tarixi hadisələrin gedişi sübut edir ki, adı çəkilən müqavilədən sonra elə I "Ermənistan Respublikası" özü 02 dekabr 1920-ci ildə Gümrü (Aleksandropol), 16 mart 1921-ci ildə Moskva və 13 oktyabr 1921-ci ildə Qars Sülh müqavilələri (eyni tərəflər arasında) bağlandığından Sevr müqaviləsinin hüquqi qüvvəsi itmişdir (haylar tərəfindən).

Hay sürüsünün qənaətincə 1919-cu ildən sonrakı mərhələdə qəbul edilmiş dövlətlərarası beynəlxalq hüququ-münasibətləri tənzimləyən-təsbit edən sənədlərlə "Ermənistan Respublikası"nın milli maraqları pozulduğundan onlara yenidən baxılmalı və onların həyasız tələblərinə uyğunlaşdırılmalı, XX əsrin əvvəllərində bağlanmış və tarixin zibilliyinə atılmış Sevr müqaviləsinin şərtləri XXI əsrin II onilliyində "canlandırılaraq" həyata qaytarılmalıdır.

Təbii ki, bu cür saxta xülya yalnız hay xislətinə xas ola bilər, özü də "oxumuşları"nda.

A.Papyanın "Ayrenatirutyun-vətən hüququ-ermənilərin hüquqi tələbləri və mürəkkəb sualları" (məqalələr toplusu) kitabı  ("Şuşanın azad edilməsinin 20 illiyinə həsr edilib) 3 hissədən və 2006-2012-ci illərdə yazılmış 89 məqalədən ibarətdir.

I hissədə-"Erməni tələblərinin hüquqi əsasları" adı altında verilən yazıların ("Ermənistan Respublikası"nın Türkiyə Cumhuriyyəti, Gürcüstan Respublikası və Azərbaycan Respublikası ərazilərinə qarşı iddialarla bağlı) ruhu guya V.Vudronun qərarına-beynəlxalq hüququn tələblərinə uyğunlaşdırılıb. Bu hissənin 10-cu məqaləsi də "Vudro Vilsonun 14 maddəsi və Ermənistan" adlanır.

Məlumdur ki, ixtisasca tarixçi və siyasətçi olan, Versal sülh konfrasının və Millətlər Birliyinin yaradılmasının təşəbbüskarı, I Dünya müharibəsindən sonra dövlətlərin siyasi-hüquqi düzənini beynəlxalq səviyyədə qarşılıqlı anlaşma və müzakirələrlə həllinə çalışan V.Vilson məşhur "14 maddə"nin müəllifidir. İstər ABŞ konqresində, istərsə də Versal Sülh konfrasında irəli sürülən dünya dövlətlərinə münasinətdə (ilk növbədə I Dünya müharivəsinin iştirakçılarına) bu siyasi-hüquqi tənzimlənmə özündə mühüm məsələləri ehtiva etmiş və hüquqi qüvvəyə malik olmuşdur. Gözlənildiyi kimi, saxtakar, hiyləgər, yalançı, qəsbkar, mürtəce...hay kilsəsi və hay sürüsü "14 maddə"yə də əl gəzdirmiş, öz adlarını bu sıraya pərçim etməyə çalışmışdır.

Heyhat...

Belə ki, tarixi "14 maddə"də bir kəlmə də olsun "erməni", "erməni xalqı", "soyqırım", "Ermənistan" və ya "Ermənistan Respublikası" sözü yazılmayıb. Hay sürüsünün beynəlxalq hüquqi sənəd kimi qəbul etdiyi "14 maddə"nin XII bəndində açıq-aydın yazılıb:

-Osmanlı imperiyası ərazisindəki Türkiyə hakimiyyəti (müasir Türkiyə) altında milli hissələrinin müstəqilliyi, suverenliyi, xalqlarının inkişafı muxtariyyət prinsipləri ilə həyata keçirilsin, gəmilərin sərbəst hərəkət etməsi üçün Dardanel boğazı açılsın.

Göründüyü kimi, A.Papyan kitabının giriş hissəsində yol verdiyi saxtakarlığa və uydurmalara digər məqalələrdə də imza atmışdır.

Bu barədə növbəti yazılarda...

R.S. Gürcüstan Respublikasının Cəvahirli-Məhsəti bölgəsinə qarşı ərazi iddialarından usanmayan, əl çəkməyən hay kilsəsinin (onlar bu bölgəni-Cavaxk adlandırır) muzduru A.Papyanın mürtəce əməllərinə görə 2020-ci ilin əvvəllindən etibarən  bu dövlətə daxil olması qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31