Rusiya və İran prezidentlərinin görüşü olacaq
6 Oktyabr 2021 18:39 SiyasətRusiya və İran prezidentlərinin görüşü olacaq.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi brifinqdə məlumat verib.
"Tezliklə İran Prezidenti İbrahim Rəisi ilə Rusiya Prezidenti Vladimir Putin bir araya gələcək", - İran XİN başçısı əlavə edib.
Xatırladaq ki, nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31