Çavuşoğlu Ukraynaya səfər edəcək
6 Oktyabr 2021 14:59 SiyasətOlaylar.az TRT HABER-ə istinadən xəbər verir ki, Xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 7-də Türkiyə-Ukrayna Birgə Strateji Planlaşdırma Qrupunun 9-cu iclasında iştirak etmək üçün Ukraynaya səfər edəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat yayılıb.
Məlumata görə, Çavuşoğlunun iştirak etdiyi görüşdə Yüksək Səviyyəli Strateji Şuranın iclasına hazırlıq məsələləri nəzərdən keçiriləcək, cari, regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılacaq.
Çavuşoğlu həmçinin Lviv İvan Franko Milli Universitetinin yaranmasının 360-cı ildönümü münasibətilə diplomatiya üzrə tədbirdə iştirak edəcəyi də bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31