Rusiya diplomatı İranın nüvə sazişini müzakirə edib
6 Oktyabr 2021 14:33 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Antoni Blinken oktyabrın 6-da telefonla Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası perspektivlərini müzakirə ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Danışıqlar Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Məlumata əsasən, Rusiyalı diplomat oktyabrın 6-da Moskvada İranlı həmkarı Hüseyn Amirabdollahianla da danışıqlar aparacağı bildirilib. Xarici işlər nazirləri JCPOA -nın yenidən qurulması perspektivlərini müzakirə etməyi planlaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31