“Yaqut Abdullayevanı doğma Cəbrayılına qovuşduran məhz o "Dəmir yumruq" olub”- DEPUTAT

"Üzdə hakimiyyəti tənqid etməklə, əslində isə Azərbaycanın düşmənlərinə açıq və dolayı xidmət göstərməklə dolanan troll sürüsü  indi də düşüb Cəbrayılda cənab Prezidentə "Dəmir yumruğu"nu öpmək istədiyini deyən Əməkdar artist  Yaqut Abdullayevanın üstünə. Aralarında  anaları yaşda olan bu qadını çox tərbiyəsizcəsinə təhqirə qalxanları da var". Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Yaqut Abdullayevanı doğma Cəbrayılına qovuşduran məhz o "Dəmir yumruq" olub: "Ona görə öpmək istəyirdi  o yumruğu. Ona görə öpmək istəyirdi ki,  Dəmir yumruq" dövlət başçımızın da vurğuladığı  kimi Azərbaycanın təkcə güc deyil, həm də birlik rəmzidir. Bir qadının, içərisində illərlə yurd həsrəti gəzdirən  bir qadının içdən gələn səmimi hisslərini ələ salanların əksəriyyəti isə  yad, hətta düşmən əlləri öpənlərdir. Və təkcə əl öpsəydilər nə vardı ki, hətta ayaq da öpürlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31